Nuriyyə Əhmədova insult keçirdi
Bizi izləyin

Qırmızı.az

Nuriyyə Əhmədova insult keçirdi

Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ şöbəsinin baş həkimi Zemfira Vahidovanın Publika.az-a verdiyi məlumata görə, N.Əhmədova insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ayın 22-də gecə 03:30-da çağırış olub. Əvvəlcə səyyar həkim briqadası göndərilib. Daha sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq reanimasiya həkimi çağırılıb. Ona beyin-qan dövranının kəskin pozuntusu diaqnozu qoyulub. 6 saylı Birləşmiş Şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan Publika.az-a verilən məlumata görə, aktrisanın səhhətində dəyişiklik yoxdur, hazırda reanimasiyadadır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm