Metroda yenə problem yarandı, qatarlar 10 dəqiqə gecikdi
Bizi izləyin

Qırmızı.az

Metroda yenə problem yarandı, qatarlar 10 dəqiqə gecikdi

Metroda qatarların hərəkətində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında problemin 11 saylı qatarda baş verən nasazlıqdan yarandığını bildirib:

“Nəriman Nərimanov” stansiyasının girişində qatarda texniki nasazlıq olub. Stansiyaya köməkçi qatar gətirilib. Sərnişinlər həmin qatara minib. Nasazlıq yaranan qatar depoya göndərilib. Həmin qatar 10 dəqiqə gecikdiyinə görə, ümumi qrafikdə gecikmələr olub. Digər stansiyalarda qatarların hərəkətində gecikmələrə səbəb olub. Yaxın müddətdə qrafikdə yaranmış problem aradan qaldırılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm