Bakı Dəmiryol Vağzalının təmiri dayandırıldı
Bizi izləyin

Qırmızı.az

Bakı Dəmiryol Vağzalının təmiri dayandırıldı

Bakı Dəmiryol Vağzalında təmir işləri maddi çətinliklər səbəbindən dayandırılıb.

Bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

“Bakı Dəmiryol Vağzalı hələ heç yerə köçürülmür. Bina təmir olunurdu, hazırda müvəqqəti maddi çətinliyə görə təmir işləri də dayandırılıb. Lakin yaxın vaxtlarda yenə də təmir işləri davam etdiriləcək”.

N. Əzməmmədovun sözlərinə görə, maddi çətinliklər olduğuna görə təmirin nə vaxt yekunlaşacağını demək də çətindir.

N. Əzməmmədov həmçinin bildirib ki, bu ilin axırında Bakı-Tibilisi-Qars dəmiryol xəttinin istifadəyə veriləcəyi gözlənilir. Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC və İsveçrənin "Stadler" şirkəti bu gün Bakıda Avropa standartlarına uyğun 30 yeni sərnişin dəmiryol vaqonun alqı-satqısı haqqında müqavilə imzalayıb.
Vaqonlar Azərbaycan, Gürcüstan, Türkiyə dəmiryollarını birləşdirməyə hesablanıb və 2015-ci ildə tam işə salınması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmiryolunun istismara verilməsindən sonra respublikaya çatdırılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm