Hüquqşünas: “Aparıcı bacılar məsuliyyət daşıyır”
Bizi izləyin

Qırmızı.az

Hüquqşünas: “Aparıcı bacılar məsuliyyət daşıyır”

“Efirdə dövlət simvolu olan pulun cırılması etik, eyni zamanda mənəvi məsuliyyət yaradır”.

Bu barədə Publika.az-a açıqlamasında media eksperti, hüquqşünas Ələsgər Məmmədli bildirib.

Xəzər TV-nin efirində yayımlanan "Hər şey daxil" verilişinin aparıcıları, müğənni bacılar Sevil və Sevinc canlı yayımda etdikləri biabırçı hərəkətə münasibət bildirən ekspert qeyd edib ki, televiziya kütləvi informasiya vasitələrinin ən geniş və rezonans doğuran vasitələrindən biri olduğundan, televiziyada olan şəxslər həm davranışları, həm danışıqları, həm də bütün mədəni hərəkətləriylə nümunə olmalıdırlar:

“Bu baxımdan da, əlbəttə ki, dövlətin bir çox simvolları var – bayraq, pul, gerb və s. Bunlara qarşı hər kəs hörmətlə yanaşmalıdır. Milli valyutamız dövlət atributlarından biridir və bu baxımdan da Azərbaycanın dövlət simvollarına hər kəs, xüsusən də televiziyada aparıcı olan şəxs daha layiqliı davranmalıdırlar. Mən düşünürəm ki, bu etik, eyni zamanda mənəvi məsuliyyət daşıyır”.

Ə. Məmmədlinin sözlərinə görə, “Teleradio Yayımı haqqında” Qanunun tətbiqi Teleradio Şurasının birbaşa səlahiyyətində olan məsələdir. Televiziyaların milli-mənəvi dəyərlərə hörmət göstərmək və bununla bağlı öhdəlikləri var.

Burada nəzarət funksiyasının Teleradio Şurasında olduğunu deyən Ə. Məmmədlinin sözlərinə görə, MTRŞ bu tip davranışa görə həm televiziya, həm də onun aparıcısına xəbərdarlıq edə, xəbərdarlığa əməl olunmasa, qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq edə bilər. Lisenziyasının uzadılma məsələsinə yenidən baxa bilər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm