Orta tibb işçiləri 4 il təhsil ala bilər
Bizi izləyin

Qırmızı.az

Orta tibb işçiləri 4 il təhsil ala bilər

“Hazırda tibbi xidmətin göstərilməsində orta tibb işçiləri halqası zəifdir, onu gücləndirməyə ehtiyac var. Onların peşə-ixtisas səviyyəsi yüksəldilməlidir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. O, tibb işçilərinin təhsil səviyyəsinin artırılmalı olduğunu bildirib.

“Tibb bacıları daha yüksək kateqoriyalı işçi statusu ala bilərlər. Bunun üçün də tibb kollecləri ali məktəblərin bakalavr səviyyəsində təhsil verməlidirlər. Onlara verilən diplomda təhsil bakalavr səviyyəli ali təhsil hesab edilə bilər. Bunun üçün 4 il təhsil alıb, ixtisası daha dərindən öyrənə bilərlər. Dünya səhiyyə sistemində işin əsas hissəsini orta tibb işçiləri görür. Bu sistemin tətbiq edildiyi ölkələrdə orta tibb işçilərinin peşə bacarıqları, vərdişləri bizdəkindən xeyli yüksəkdir. Bizdə isə tibb bacıları iynə vurmaq, sarğı dəyişdirməkdən başqa bir iş ya bacarmır, ya da onlara digər işlər tapşırılmır. Orta tibb işçilərinin kvalifikasiyalarının yüksəldilməsi daha keyfiyyətli addım hesab edilə bilər”.

M.Quliyev Milli Məclisdə “Elm haqqında” qanun layihəsi müzakirə olunanda bu məsələni qaldıracağını bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm