Keçmiş məhbuslara müavinət verildi
Bizi izləyin

Qırmızı.az

Keçmiş məhbuslara müavinət verildi

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 4 min 565 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib. ƏƏSMN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əməkhaqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.


Qeyd olunan şəxslərin sosial adaptasiyası da diqqətdə saxlanılır. Bu məqsədlə hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi inşa olunur. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan mərkəz həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması, onlara müvafiq sahələrdə yardım göstərilməsi və onların sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirəcək.

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də aparılır. Belə ki, ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, ötən il penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən 32 nəfər məhbus qadın peşə hazırlığına cəlb edilib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm