Həbsxanadan qaçan məhbus 34 il sonra həbs edildi
Bizi izləyin

Qırmızı.az

Həbsxanadan qaçan məhbus 34 il sonra həbs edildi

Amerika Birləşmiş Ştatlarının Vellinqton şəhərində yerli polis 34 il bundan əvvəl həbsxanadan qaçmış cinayətkarı həbs edib.

Publika.az xarici mətbuata əsasən xəbər verir ki, hazırda 61 yaşı olan Sem Harris 1980-ci ildə Misisipi həbsxanasında cəza çəkirmiş. Oğurluq üstündə 4 il həbs cəzası alan Harris həbsxanadan qaçmağa nail olub. Uzun illər ölkənin müxtəlif şəhərlərində yaşayıb, ad və soyadını dəyişərək hakimiyyət nümayəndələrindən gizlənib.

Harris Vellinqtondakı evində həbs olunub. Tezliklə o, məhkəmə qarşısına çıxarılacaq.

Polisin Harrisin izinə necə düşməsi haqda məlumat verilmir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm