Oğlu və arvadı birləşib döydülər, sonra da yandırdılar
Bizi izləyin

Qırmızı.az

Oğlu və arvadı birləşib döydülər, sonra da yandırdılar

42 yaşlı ər 37 yaşlı həyat yoldaşı və oğlu tərəfindən vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada yaşayan Ramazan Yavuzsan həyat yoldaşı Dilek Yavuzsanla mübahisə edib və bu, sonda dəhşətli cinayətlə nəticələnib.

Belə ki, mübahisə zamanı Ramazanın arvadı və oğlu birləşərək onu dəyənəklə döyməyə başlayıblar. Bununla hirsi soyumayan ana-bala kişinin üstünə benzin töküb onu yandırıblar.

22 gün komada qaldıqdan sonra bu gün ayılan Ramazan: «Oğlum məni dəyənəklə vurmağa başladı. Bu vaxt arvadım üstümə benzin töküb məni yandırdı», - deyə baş vermiş olayla bağlı polisə ifadə verib.

Polisin araşdırmaları nəticəsində məlum olub ki, Ramazan Yavuzsan 14 il öncə həyat yoldaşı Dilek Yavuzsanın babası və nənəsini qətlə yetirdiyi, atasını isə yaraladığı üçün həbs olunub. O, ötən ilin mart ayında azadlığa buraxılıb və ailəsi ilə birlikdə Antalyanın Kepez mahalına yerləşib. Bir müddət sonra ərlə arvadın arası dəydiyi üçün ailədə mübahisə yaranıb. Ötən ilin dekabr ayında Ramazanla Dilek arasında növbəti mübahisə yaşanıb və bu olay polisə qədər gedib çıxıb. Nəticədə Ramazana 30 gün müddətinə həyat yoldaşına və yaşadığı evə yaxınlaşmamaq cəzası verilib.

Ər ifadəsində qeyd edib ki, cəzası bitdikdən sonra evinə qayıdıb və bu zaman heç bir səbəb olmadan oğlu onu dəyənəklə döyməyə başlayıb: «Oğlum məni döydü. Müqavimət göstərə bilmədim. Arvadım isə məni yandırdı». Maraqlı məqam ondadır ki, Ramazanın həyat yoldaşı Dilek polisə verdiyi ifadəsində bunun tam əksini iddia edib: «Ərim evə gələndə əlində benzin dolu bidon vardı. O, mənimlə barışmaq istədiyini dedi. «Yox» cavabını verdikdə üstünə benzin töküb özünü yandırdı. Oğlum və mən onu qurtarmağa çalışdıqda biz də yaralandıq».

Antalya polisi faktla bağlı araşdırmaları davam etdirir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm