Avtomobil qaçıran dəstə üzvləri yaxalandı
Bizi izləyin

Qırmızı.az

Avtomobil qaçıran dəstə üzvləri yaxalandı

Paytaxtda avtomobil oğurluğu ilə məşğul olan dəstə üzvləri yaxalanıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Ramin Abdulhəsənova məxsus “Mercedes” markalı avtomobili qaçıran Bakı şəhər sakinləri Pərviz Əliyev, Kənan Yusifov və Abşeron rayon sakini Anar Abbasov tutulub. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların avtomobili Mingəçevir şəhər sakini Ramiz Rəhimova 4000 manata satmaları da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm