Türk polisi QİÇS-li azərbaycanlı qadını tutdu
Bizi izləyin

Qırmızı.az

Türk polisi QİÇS-li azərbaycanlı qadını tutdu

Türkiyə xüsusi polis qüvvələri ölkənin Van vilayətində insan alverçilərinə qarşı əməliyyat keçirib.

Publika.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 7 müxtəlif ünvanda keçirilən əməliyyat zamanı 14 insan alverçisi və 15 əxlaqsız qadın saxlanılıb.

Saxlanılan şəxslər 8-i Rusiya, digərləri isə Azərbaycan və Gürcüstan vətəndaşlarıdır. İnsan alverçiləri qadınları cinsi istismar məqsədilə Türkiyəyə gətirməkdə şübhəli bilinirlər.

Türkiyə polisinin yaydığı məlumata görə, saxlanılan 15 nəfər qadın arasında QİÇS virusuna yoluxmuş azərbaycanlı qadın da var. Həmin şəxsin adı ictimaiyyətə açıqlanmasa da, onun daha öncə də Türkiyə polisi tərəfindən saxlanıldığı və ölkədən çıxarıldığı bildirilir. Lakin qadın yenidən Türkiyəyə gəlib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm