Lənkəranda 47 yaşlı qadın özünü quyuya atıb
Bizi izləyin

Qırmızı.az

Lənkəranda 47 yaşlı qadın özünü quyuya atıb

Lənkəranda intihar hadisəsi baş verib.

Lənkəranda intihar hadisəsi baş verib.

Hadisə fevralın 14-də rayonun Gərmətük qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Göyçək Səfər qızı Əliyeva özünü yaşadığı evin həyətindəki su quyusuna atıb.

Hadisə barədə ilk xəbər tutan onun qardaşının həyat yoldaşı olub. O, dərhal hadisə barədə qonşulara xəbər verib. Onların köməkliyi ilə mərhumun cəsədi quyudan çıxarılıb.

Yaxınlarının bildirdiyinə görə, Göyçək Əliyeva ruhi xəstə olub. Əvvəllər uzun müddət çay fabrikində çalışıb. Dəfələrlə özünü öldürəcəyi barədə yaxınlarını xəbərdar edib. Göyçək Əliyevanın ailə həyatı qurmadığı bildirilir. Evdə isə qardaşı və onun həyat yoldaşı ilə birgə yaşayıb.

O, 6 metr dərinliyi olan quyuya başı üstə düşüb. İntihar edərkən isə evdə tək olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm