Qırmızı.az
Yaşayış evi partlayıb: Xəsarət alanlar var
Bu gün Lənkəranda fərdi yaşayış evində partlayış
olub.
Hadisə günorta saat 14:30 radələrində, şəhərin 21–ci məhəlləsi
kimi tanınan Tofiq İsmayılov küçəsində, 41 yaşlı Hüseynov İqbal
İltifat oğluna məxsus evdə qeydə alınıb.
Partlayışdan sonra evdə yanğın baş verib. Dərhal əraziyə Lənkəran
yanğından mühafizə hissəsinin əməkdaşları və təcili tibbi yardım
briqadası cəlb olunub.
Ümumi sahəsi 200 kv/m olan evin, 30 kv/m–i, 1 otaq və tavan hissəsi
yanıb. Digər otaqlar isə yanğınsöndürənlər tərəfindən söndürülüb.
Baş verən hadisə zamanı evdə olan 32 yaşlı Hüseynova Aynur Elşad
qızının halının pisləşdiyi bildirilir. Tibbi yardımdan gələn
həkimlər ona lazımi yardım göstərərək, şok vəziyyətdən
çıxardıblar.
Yanğının qaz sızması nəticəsində, partlayışdan yaranan alovdan
olduğu bildirilsə də, yanğınsöndürənlər evdə hər hansı bir
partlayışın olmadığını və yanğının hansı səbəbdən yarandığı
araşdırmaların nəticəsindən asılı olaraq ictimaiyyətə
açıqlanacağını deyiblər.
Hazırda araşdırmalar davam etdirilir. /anspress/
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?