• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Həftənin ilk iş günü hava küləkli və yağışlı olacaq

Həftənin ilk iş günü hava küləkli və yağışlı olacaq

Həftənin ilk iş günü Bakıda hava küləkli və yağışlı olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, gündüz arabir 15-18 m/s-yə çatacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 2-4, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrinda havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 4-9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimal edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR