Qırmızı.az
69 yaşlı müəlliməni kim döyüb? - məktəbin direktoru danışdı - FOTO (YENİLƏNİB)
Bakıda Suraxanı rayonundakı orta məktəbin müəlliməsi 69 yaşlı Arifə Yusifovanın 33 yaşlı müəllim Quliyev Yaşar Ağa oğlu tərəfindən döyülməsilə bağlı ikincinin işlədiyi məktəbin direktoru danışıb.
Əmircan qəsəbəsi 154 saylı məktəbin direktoru Əli Əliyevin Publika.az-a bildirdiyinə görə, hadisə bir il əvvəl olub və bu, onların arasında olan ailə münaqişəsi ilə bağlıdır, problemin məktəblə heç bir əlaqəsi yoxdur:
“Yaşar Quliyev bizim məktəbdə tarix müəllimidir, həddindən artıq tərbiyəli, mərifətli adamdır. Döyüldüyü iddia olunan qadın isə onun böyük qardaşının qayınanasıdır. O, heç kimi vurmayıb, Yaşar müəllimin üzünə baxanda görünür ki, çox sakit, fağır insandır. Bu məsələdə müəllimin heç bir günahı yoxdur. 4-5 il əvvəl qardaşı arvadından boşanıb və aralarında ev bölgüsü problemi yaranıb. Yaşar müəllim heç bir qayda-qanunu pozmayıb. Mən bu məktəbdə 6 ildir işləyirəm, onun kimi tərbiyəli, başıaşağı adam görməmişəm”.
Hadisə ilə bağlı həmin işin araşdırıldığı Suraxanı rayon məhkəməsi ilə əlaqə saxladıq. Məhkəmədən Publika.az-a məsələ ilə bağlı tərəflərin razılığı olmadan ətraflı məlumat verilməsininin mümkün olmadığını bildirdilər. Yalnız onu öyrənə bildik ki, növbəti proses yanvar ayının 27-də saat 12-də baş tutacaq və məhkəmə açıq keçiriləcək.
Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci maddə ilə (qəsdən sağlamlığa yüngül xəsarət vurma) sona çatdırılıb.
Gülnar Əliyeva
Vazeh
***
Bakıda kişi müəllim xanım həmkarını ölümcül döyüb.
Publika.az-ın məlumatına görə, Suraxanı
rayonundakı orta məktəbin müəllimi tərəfindən döyülən 69 yaşlı
müəllimə Yusifova Milli.Az-a müraciət edib:
“45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb
tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev
Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta
məktəbdə tarix müəllimi işləyir. Xəsarətdən sonra səhhətimdə ciddi
xəstəliklər yaranıb. Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət
edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc
nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil
işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs
dediyi uşaqlar üçün də təhlükəlidir”.
“Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın hakimliyi ilə baxılır. Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb. Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır”, - deyə şikayətçi vurğulayıb.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK