Su basmış Binəqədidə son vəziyyət - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Su basmış Binəqədidə son vəziyyət - RƏSMİ

Son günlər paytaxtda davam edən yağıntılı hava şəraiti səbəbindən Binəqədi şosesinin bir sıra yerlərində, o cümlədən “White Palace”ın arxasındakı qəsəbədə yaranmış problem Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həll edilib.

Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarovanın Publika.az-a verdiyi məlumata görə, icra başçısının birinci müavini İlqar Süleymanov başda olmaqla qəsəbə nümayəndəsi, bələdiyyə sədri, eyni zamanda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri ərazidə olublar.

Problemin yaranması, başvermə səbəbləri ilə maraqlanan rayon rəsmiləri, habelə müvafiq qurumun nümayəndələri bununla bağlı bir sıra tapşırıqlar veriblər. Ərazidəki yağış suları quyular vasitəsilə həyata keçirilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən əraziyə yüksək təzyiqli maşınlar gətirilib. Əraziyə dolmuş kanalizasiya sularının Böyük Şor gölünə ötürülməsi həyata keçirilib. Boruların təmizlənilməsi və kanalizasiya sularının ötürülməsi işi icra olunub. Eyni zamanda, Biləcəri qəsəbəsində evlərini su basan vətəndaşlar üçün əlavə drenaj xətti qazılıb. Bununla da həmin yaşayış məskənində yaranmış problem həllini tapıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm