• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ali məktəblərin kampusları harada yaradılacaq?

Ali məktəblərin kampusları harada yaradılacaq?

li təhsilin keyfiyyətinin yüksəldilməsinin bir şərti də kampusların yaradılmasıdır. Bunun üçün maliyyə vəsaiti ilə yanaşı böyük ərazilər də olmalıdır. Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin yerləşdiyi ərazi kampusların şəhərdən kənarda yerləşməsini zəruri edir.

Publika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bu gün keçirilən tədbirdə məlumat verib.

O, gələcəkdə bu məsələlərə baxılacağını bildirib. Qeyd edib ki, təhsil infrastrukturu şəhər kənarında yaradılacaq.

Aparat rəhbərinin müavini təhsilin inkişaf fondunun yaradılmasına da aydınlıq gətirib.

"Ali təhsil müəssisələrində dünyada mövcud olan və müxtəlif biznes və şirkətlərdən daxil olan, həmçinin imkanlı iş adamların ianələrindən formalaşan təhsilin İnkişafı Fondunun yaradılması nəzərdə tutulur. Bu Fond təhsildə mütərəqqi metodların tətbiqi üçün nəzərdə tutulur."

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR