• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ərini döydü, başında butulka sındırdı, üzünü cırmaqladı - OLAY

Ərini döydü, başında butulka sındırdı, üzünü cırmaqladı - OLAY

Ailədaxili şiddət hər zaman cəmiyyətin qanayan yarası olub. Məhz elə bu səbəbdən də ictimai birliklər, qeyri-hökumət təşkilatları, hüquq-mühafizə orqanları bu cür olayların qarşısının alınması istiqamətində zəruri tədbirlərə baş vururlar. Lakin görünən odur ki, bu, yetərli olmadığından hələ də əksər ailələrdə şiddət faktı qalmaqdadır. Maraqlı məqam ondadır ki, bu dəfə şiddətə qadın yox, kişi məruz qalıb.

Belə ki, iki uşaq atası mütəmadi olaraq həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edərək boşanmaq məqsədilə məhkəməyə müraciət edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hasan Y. adlı şəxs arvadının onun başında butulka qırdığını, üzünü cırmaqladığını, hər iki gündən bir döydüyünü iddia edib. O qeyd edib ki, həyat yoldaşını xərçəng xəstəliyindən itirdikdən sonra ikinci dəfə ailə qurub. Lakin bu dəfə Hasan Y. ailədaxili şiddətə məruz qalıb: «Arvadım xərçəngdən öldükdən sonra ötən ilin aprel ayında özüm kimi dul, bir uşaq anası Filizlə ailə həyatı qurdum. Evliliyimizdən bir müddət sonra aramızda mübahisə yaranmağa başladı».

Hasan Y. məhkəmədə çıxışı zamanı bildirib ki, Filizlə evliliyinin elə ilk günlərindən şiddətə məruz qalıb: «O, əvvəllər sözlə mənə təzyiq və təsir göstərirdi. Lakin bir müddət sonra fiziki şiddətə başladı. Evliliyimizin 6-cı ayında vəziyyət daha da pisləşdi. Mübahisələrimizin birində Filiz əlindəki butulkanı başıma vurdu. Mən bundan şoka düşmüşdüm. Özümü itirdim. Lakin ürəyi soyumayan Filiz üzümü cırmaqlamağa başladı. Bundan sonra boşanmaq qərarına gəldim və məhkəməyə müraciət etmək məcburiyyətində qaldım».

Ankara 5-ci Ailə Məhkəməsində baxılan işin gedişatında Hasanın həqiqətən də həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı bəlli olub. Bu səbəbdən də hakim Filizin əri üçün potensial təhlükə olduğunu nəzərə alaraq onun 6 ay müddətinə Hasana və onun evinə yaxınlaşmasını qadağan edib. Ərini döyən qadın isə məhkəmənin qərarına etiraz edib və evdən çıxmayacağını bildirib. Odur ki, polis qadını məcburi şəkildə evdən uzaqlaşdırıb.

Hasanla Filizin boşanmasına dair məhkəmə prosesi isə davam edir.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR