“Bakıelektrikşəbəkə” işini asanlaşdırdı
Bizi izləyin

Qırmızı.az

“Bakıelektrikşəbəkə” işini asanlaşdırdı

“Bakıelektrikşəbəkə” ASC “ASAN Xidmət” mərkəzləri vasitəsi ilə xidmət əhatəsini genişləndirir. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu aydan etibarən “Bakıelektrikşəbəkə” Bakı 2 saylı “ASAN Xidmət” mərkəzində də fəaliyyət göstərməyə başlayıb. Yaxın günlərdə isə Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində də abonentlərə xidmət göstərilməsinə başlanılacaq.


“Bakıelektrikşəbəkə” ASC tərəfindən şəffaflığın və operativliyin təmin edilməsi üçün “ASAN Xidmət” vasitəsi ilə əhaliyə aşağıdakı xidmətlər göstərilir:

məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması;
borcun olmamasına dair arayışın verilməsi;
elektrik enerjisi istehlakçısının dəyişdirilməsi;
borcun araşdırılması.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm