• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Həyat yoldaşının başını kəsən kişi ilə bağlı cinayət işi başlandı

Həyat yoldaşının başını kəsən kişi ilə bağlı cinayət işi başlandı

Bakıda kişinin həyat yoldaşını qətlə yetirməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Publika.az-a daxil olan birgə məlumatda deyilir ki, yanvarın 26-da saat 12 radələrində paytaxtın Nərimanov rayon sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlham Elləz oğlunun qısqanclıq zəminində yaşadığı evdə arvadı - 1979-cu il təvəllüdlü Süleymanova Məhəbbət Nəriman qızının boğaz və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Süleymanov daha sonra rayon hüquq-mühafizə orqanlarına könüllü gələrək təslim olub və şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR