• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gənclərin iş və mənzillə təminatında yenilik olacaq

Gənclərin iş və mənzillə təminatında yenilik olacaq

2025-ci ilin sonuna qədər gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmləri davamlı olaraq təkmilləşdiriləcək.

Publika.az-ın məlumatına görə, bu barədə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda qeyd olunub

Bundan başqa, gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub.

Strategiya gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi nəzərdə tutulur.

Srategiayada həyata keçirilməsi proqnozlaşdırılan məsələlərindən bir də gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılmasıdır. Həmçinin əmək bazarının tələblərinə cavab verən rəqabət qabiliyyətli gənc kadr potensialının formalaşdırılması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi nəzərdə tutulur.

Bütün bu işlərin strategiyada göstərildiyi kimi, 2025-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR