• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Neçə nəfər intihar etmək üçün dərman içib?

Neçə nəfər intihar etmək üçün dərman içib?

Ötən il dərmandan zəhərlənmə ilə bağlı 186 müraciət daxil olub. Onların 131-i klinikada qospitalizə olunub. Qalanları müayinə edilib, zəhərlənmə olmadığı müəyyən edilib.

Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərin 7-si azyaşlı olub. Qalanları 20-25 və 35-45 yaş arası olandır.

“Ümumi zəhərlənənlərin 60-65%-i qadınlardır. Bölgələrdən bu cür zəhərlənmələrin sayı az olub. İl ərzində təxminən 7 belə müraciət olub. Çünki bölgələrdə bu faktlar zamanı yerli xəstəxanalarda xəstələrə yardım göstərilir. Ehtiyac olanda paytaxtdan həkim cəlb edilir, yaxud da xəstə paytaxta gətirilir”.

A.Maqsudov bildirib ki, dərmanları bilərəkdən qəbul edənlərin sayı azdır, zəhərlənmələr əsasən affekt halında baş verir.

“Onların 10-15%-i bilərəkdən, intihar məqsədilə dərman qəbul edib. İntihar etmək istəyənlərin 14-ü məişətdə istifadə edilən təmizləyici vasitələrdən istifadə edib. Qalan zəhərlənmələr affekt halında baş verib. Onlar dozanı çox aşmasalar da, zəhərlənmə baş verir. Sonradan etdiklərinə görə peşman olurlar”.

Ötən il ərzində bu cür zəhərlənmələrdən ölüm halı baş verməyib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR