Küçə reklamlarındakı səhvlərlə bağlı “Qaynar xətt” yaradılır
Bizi izləyin

Qırmızı.az

Küçə reklamlarındakı səhvlərlə bağlı “Qaynar xətt” yaradılır

Dilçilik İnstitutu tərəfindən aparılan küçə reklamları və mağaza adlarının monitorinqinin birinci mərhələsi başa çatıb.

Bu barədə Publika.az-a Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Rasim Heydərov məlumat verib.

O, monitorinqlərin nəticələrinin təhlil olunduğunu və ümumiləşdirmələrin aparıldığını deyib.

“Ən çox rast gəlinən problem adların əcnəbi dillərdə yazılmasıdır. Brendlərin əcnəbi dildə yazılmasını qəbul edirik. Lakin bütünlüklə adların və digər reklam yazılarının əcnəbi dildə olması, qarşılığının verilməməsi qəbul olunan hal deyil. Həmçinin sözlərin latın qrafikası ilə lakin rus dilində yazılması hallarına da rast gəlinir. Reklam yazılarında növbəti problem sözlərin deyildiyi kimi yazılmasıdır. Bu da mağaza sahiblərinin orfoqrafik normaları bilməməsindən xəbər verir. Buna görə də, “stamatoloq”, “doşan” kimi yazılışlara rast gəlirik. Hazırda aşkarlanan pozuntuların bölmələr üzrə faiz nisbəti hesablanır”.

R.Heydərov onu da əlavə edib ki, artıq Səbail və Nərimanov rayonunda da yoxlamalara başlanılıb. Sonrakı mərhələdə kənd rayonlarında monitorinq aparılacaq.

“Bundan sonra pozuntulara daha tez reaksiya verilməsi üçün Dilçilik İnstitutunda “Qaynar xətt” xidməti yaradılacaq. Küçədə pozuntu aşkar edən şəxslər bu barədə bizə məlumat verəcək. Artıq bu xidmətin yaradılması istiqamətində yekun işlər aparılır. Həmçinin bundan sonra küçədəki reklamların mətnləri Dilçilik İnstitutuna təqdim ediləcək. Bu da sonradan araşdırma və problemin aradan qaldırılması kimi məsələləri aradan qaldıracaq. Həmin reklamlar barədə də yekun rəyi dilçilər verəcək. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparılıb, razılıq əldə edilib. Reklam şöbəsi ilə müqavilə imzalanandan sonra reklamlar əvvəlcə bizə təqdim ediləcək. Bizim rəyimizdən sonra reklamların asılmasına razılıq veriləcək. Hesab edirik ki, pozuntuların bir qismi də sahibkarların dil normalarını bilməməsindən irəli gəlir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm