Qırmızı.az
“Bakı Metropoliteni”ndə yeni xidmət yaradılacaq
Son vaxtlar “Bakı Metropoliteni”nin stansiyalarında sərnişinlərin halının pisləşməsi, ölüm halları baş verir. Tez-tez baş verən hadisələr metroda tibbi xidmət məsələsini gündəmə gətirib. Stansiyada halı pisləşən şəxs təcili yardım gələnə qədər dünyasını dəyişir.
“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında stansiyalarda sərnişinlərə xidmət göstərəcək tibbi personalın olmadığını deyib:
Stansiyalarda mövcud personal metro əməkdaşları üçün nəzərdə tutulub. Həmin şəxslər stansiyaların təlimatlandırılmış əməkdaşlarıdır. Onların tibb təhsili yoxdur, sadəcə, ilkin tibbi yardım göstərə bilir.
Bu gün metroda hər hansı sərnişin özünü narahat edən kimi dərhal stansiya əməkdaşlarına məlumat verilir. Onlar da təcili yardım həkimlərini çağırır. Təcili yardım həkimlərinin gecikməsi müşahidə edilmir. Onlar gələnə qədər stansiyadakı əməkdaşlarımız əllərində olan vasitələrlə həmin şəxslərə ilkin tibbi yardım göstərməyə çalışır. Bunun üçün də bütün stansiyalar lazımi tibbi ləvazimatlarla təmin edilib”.
Metroda həkimlərin fəaliyyət göstərməsinə gəldikdə, N.Paşayev bu məsələnin yalnız “Bakı Metropoliteni”nin səlahiyyətində olmadığını dedi:
“Stanasiyalarda həkimlərin olması üçün kadrlara ehtiyac var. Bu vaxta qədər metronun belə kadrları olmayıb. Biz də metroda həkimlərin xidmət göstərməsini istərdik. Bunun üçün “Bakı Metropoliteni”ndə əlavə xidmət yaradılmalıdır, yoxsa Səhiyyə Nazirliyi bunun üçün xüsusi məntəqə açmalıdır, bu, bəlli deyil. Bu, həm də əlavə xidmət deməkdir. Bu, müzakirə tələb edən mövzudur. Biz məsələni müzakirə etmişik, belə fikirlər var. Lakin bu, bir gündə yaradılacaq xidmət deyil. Əlaqədar təşkilatlarla razılaşıb sonra qərar verə bilərik”.
Gülxar
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK