Qırmızı.az
Pensiyaların baza hissəsi olmayacaq
Prezident İlham Əliyevin təsdiqlədiyi pensiya islahatlarına uyğun olaraq Azərbaycanda pensiya qanuvericiliyi dəyişdirilir.
Publika.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, gözlənilən dəyişikliklərdən biri pensiyaların yalnız sığorta hissəsi əsasında təyin edilməsidir.
Başqa sözlə, islahatlardan sonra pensiyalar hesablanarkən vətəndaşların yalnız fərdi hesablarında toplanmış məbləğ əsas kimi götürüləcək. Pensiyaların baza hissəsi (indi əlavə 100 manat deməkdir) isə olmayacaq.
DSMF sədri onu da deyib ki, dəyişikliklərdən sonra da pensiyalar illik qiymət artımına uyğun olaraq ildə 1 dəfə indeksləşdiriləcək. Amma təbii olaraq bütün pensiya məbləği inflyasiya əsasında artırılacaq.
Gülnar Əliyeva
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK