• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Azərbaycanın bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Publika.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 28-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Alatava'' və ''Yaşma-Siyəzən'' magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zaqatala'', Qazax Magistral qaz kəmərləri sahəsinin “Şıxlı”, o cümlədən, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ələt” və “Qubaxəlil” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Şıxlı, İsmayıllı rayonun Qubaxəlilli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal rayonlarının, Zaqatala rayonunun, eləcə də Abşeron rayonundakı bəzi qəsəbələrin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR