Qırmızı.az
Bakı Beynəlxalq Avtovağzalı bağlanır? (YENİLƏNİB)
Bakı Beynəlxalq Avtovağzalının giriş hissəsinin bir müddətə bağlanması xəbəri doğru deyil.
Bunu Publika.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhərrəm Abdullayev deyib.
O, ərazidə aparılan abadlıq işlərinin Avtovağzalın fəaliyyətinə mane olmayacağını deyib.
“Metro stansiyasının açılması ilə əlaqədar aparılan işlər bizim fəaliyyətimizə heç bir təsir etməyəcək. Ümumiyyətlə, Avtovağzalın giriş hissəsinin müvəqqəti olaraq bağlanması ilə bağlı heç bir qərar yoxdur”.
Gülxar
***
Bakı Beynəlxalq Avtovağzalının giriş hissəsi bir müddətə bağlana bilər.
Axar.az xəbər verir ki, yaxın günlərdə metronun “Avtovağzal” stansiyasının açılışı ilə əlaqədar ətraf ərazilərdə aparılan abadlıq-quruculuq işləri genişlənib.
Əməkdaşımızın verdiyi məlumata görə, beynəlxalq avtovağzalın ətrafında artıq müasir işıq dirəkləri quraşdırılıb. Lakin avtovağzalın giriş hissəsində asfalt örtüyünün dağılması gediş-gəlişə mane olur. Məhz bu səbəbdən yaxın günlərdə sözügedən ərazidə asfalt örtüyünün yenilənməsinə başlanılacaq.
Bildirək ki, Bakı Beynəlxalq Avtovağzalının müəyyən müddətə bağlanması ərazidə hərəkətin iflic olmasına gətirib çıxara bilər. Bundan başqa, avtobusların müvəqqəti olaraq hansı əraziyə köçürüləcəyi də hələlik sual altındadır.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?