Metroda yenə problem yarandı, ürəyi gedənlər var (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Metroda yenə problem yarandı, ürəyi gedənlər var (YENİLƏNİB)

Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a bildirib ki, “Həzi Aslanov – Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda “Nizami” və “Elmlər Akademiyası” metrostansiyaları arasında texniki problem yaranıb:

“Həmin qatarda “Nizami” və “Elmlər Akademiyası” metrostansiyalarının arasında nasazlıq yaranıb. Ona görə də qatar “Nizami” stansiyasından geri qaytarılıb və sərnişinlər boşaldılıb. Həmin qatar xətdən çıxarılaraq depoya göndərilib. Bu proses təxminən 10 dəqiqə vaxt aparıb. İnterval da həmin səbəbdən pozulub. Həmin qatardakı intervalın pozulması paralel şəkildə digər qatarların da hərəkətinə təsir edib. Xəttə əlavə qatar buraxmışıq və yaxın dəqiqələrdə problem aradan qaldırılacaq”.

***

Bu gün səhər saat 08:30-dan başlayaraq Bakı Metropolitenində qatarların hərəkətində fasilələr yaranıb.

Publika.az xəbər verir ki, “Həzi Aslanov – Dərnəğül” və “Həzi Aslanov – İçərişəhər” istiqamətlərində hərəkət edən qatarlar tunellərdə bir neçə dəqiqə yubanıblar.

Nəticədə, stansiyalarda sərnişin sıxlığı yaranıb. Hətta sərnişinlər bəzi stansiyalarda sıxlıq səbəbindən qatarlara minə bilməyiblər. Qatarların hərəkətindəki fasilələr saat 09:05-ə qədər davam edib.

"Facebook"da istifadəçilərdən biri bununla bağlı status yazıb:

“Qatar 10 dəqiqə tuneldə qalıb, bu da sərnişinlər arasında qarışıqlığa səbəb olub. Elmlər Akademiyası metro-stansiyasının qarşısına 1 dəqiqədə 2 təcili yardım maşını gəldi. Sıxlığa görə ürəyi gedənlər var”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm