Paytaxtda yenə tıxac var
Bizi izləyin

Qırmızı.az

Paytaxtda yenə tıxac var

Bakı küçələrində yenə tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Azadlıq prospektindən K. Marks dairəsi istiqamətində, S. Bəhlulzadə küçəsindən A.Sultanova heykəlinin qarşısına doğru avtomobillərin hərəkətində sıxlıq yaranıb.

E. Babayev küçəsində, C. Cabbarlı küçəsindən “Caspian Plaza”nın qarşısına doğru tıxac müşahidə olunur.

Bakının əsas prospektlərindən olan Z. Bünyadov prospekti hələ də təmirlə əlaqədar bağlı olduğundan Z. Bünyadov prospekti kənar yolda “20 Yanvar” dairəsi istiqamətində, o cümlədən Atatürk prospektində sıxlıq var. Sürücülərə alternativ olaraq Aşıq Molla Cümə küçəsindən istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm