Neft Akademiyasında direktorunun ölümü ilə bağlı RƏSMİ MƏLUMAT (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Neft Akademiyasında direktorunun ölümü ilə bağlı RƏSMİ MƏLUMAT (YENİLƏNİB)

Azərbaycanda Dövlət Neft Akademiyasından Publika.az-a verilən məlumata görə, Cabir Ağaməmmədov iş başında ölməyib.

“Ürəyi ilə bağlı neçə vaxtdır narahatlığı var idi. Bu bazar günü evdə özünü pis hiss etdiyini deyib. Birinci gün xəstəxanaya getməli idi. İşə gəlib gün ərzində ürəyində ağrıları olub. Onun həyat yoldaşı da Akademiyanın arxiv şöbəsində işləyir. İşdən sonra birlikdə xəstəxanaya gedirdilər. Yolda dünyasını dəyişib”.

***

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əməkdaşı iş başında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə məlumat ADNA-dan verilib. Vəfat edən şəxs akademiyanın əsaslı kitabxanasının direktoru Cabir Ağaməmmədov olub.

O, yanvarın 26-da işdə olarkən saat 16-17 radələrində səhhəti pisləşib. Kitabxananın direktoru qəfildən infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Cabir Lənkəran oğlu Ağaməmmədov 1939-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ikillik kursunda ingilis dilini öyrənib. 1984-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının əsaslı kitabxanasının direktoru vəzifəsində işləyib. (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm