Moskva-Lənkəran aviareysində qaçaqmal siqaret tutuldu
Bizi izləyin

Qırmızı.az

Moskva-Lənkəran aviareysində qaçaqmal siqaret tutuldu

Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elçin Teymurova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

Publika.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 6 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan cəmi 4080 qutu xarici markalı müxtəlif siqaretlər aşkar olunub.

Faktla bağlı izahatında Elçin Teymurov baqajında aşkar olunan siqaretləri Moskvadakı bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm