İyulun 1-dən sonra nikaha girənlər tibbi müayinədən keçəcək
Bizi izləyin

Qırmızı.az

İyulun 1-dən sonra nikaha girənlər tibbi müayinədən keçəcək

Azərbaycanda Ailə Məcəlləsinə edilən yeni dəyişikliklərin qüvvəyə minmə tarixi dəyişdirilir.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli qanun 2015-ci il iyunun 1-dən qüvvəyə minəcək. Bununla bağlı qeyd olunan qanunun 2-ci maddəsində “yanvarın 1-dən” sözləri, “iyunun 1-dən” sözləri ilə əvəz edilir.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən dəyişikliklərdə Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm