Bakıda buraxılış imtahanlarının keçiriləcəyi tarix açıqlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda buraxılış imtahanlarının keçiriləcəyi tarix açıqlandı

Birinci Avropa Oyunları ilə əlaqədar Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək.

Publika.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, digər regionlarda buraxılış imtahanlarının keçirilməsi iyun ayı ərzində davam edəcək.

"İstisna hal Mingəçevir şəhəri üçün nəzərdə tutulub. Bu şəhərdə Avropa Yay Oyunlarıyla bağlı tədbirlərin keçirilməsi gözlənilir".

İmtahan tarixlərinin hazırda dəqiqləşdirildiyini deyən TQDK sədri gələn həftənin ilk günlərində imtahan cədvəlinin açıqlanacağını bildirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm