Qırmızı.az
TQDK sədri AMEA prezidentini təkzib etdi
"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistr təhsili almaq istəyənlər mütləq ərizə verməli və TQDK-nın keçirdiyi imtahanda iştirak etməlidir".
Publika.az xəbər verir ki, bu barədə TQDK sədri
Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.
"Biz bu prosesə texniki ve metodiki kömək göstəririk. Lakin burada hüquqi məsələlər var. Hüquqi baxımdan "Təhsil haqqında" qanunda müəyyən dəyişikliklər olmalıdır, hüquqi-normativ baza müəyyənləşdirilməlidir. Bu, bizdən asılı olan məsələ deyil".
Təhsil qanunvericiliyinə görə, magistraturanı yalnız təhsil müəssisələrinin apara biləcəyini deyən TQDK sədri bildirib ki, elmi müəssisələrin magistraturası ilə bağlı qanunda heç bir maddə yoxdur. Bu dəyişikliklər baş tutandan sonra, təbii ki, qəbul da aparılacaq.
M.Abbaszadə qeyd edib ki, AMEA müəssisələrinə magistratura səviyyəsi üzrə qəbulun aparılması tarixi onlardan asılı deyil: "Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edən şəxs üçün fərqi yoxdur ki, plan yerləri verilib, ya yox. Ancaq kimsə akademiyada magistratura oxumaq istəyirsə, onlara məsləhət görərdim ki, mütləq ərizə versinlər və onlar I mərhələdə iştirak etməlidirlər".
Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bu ilin fevralında Akademiyanın magistratura pilləsinə 7 ixtisas üzrə qəbul aparılacağını bildirmişdi.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!