Qırmızı.az
Girovlarımızın işi Avropa Məhkəməsində
Azərbaycan Ermənistan girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edib.
“Azərbaycan Hüquq İslahatları Mərkəzi”ndən Publika.az-a verilən məlumata görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmədə hüquqlarını Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov müdafiə edəcək.
D.Əsgərov, Ş.Quliyev və Həsən Həsənov ötən ilin yayında doğmalarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonuna gediblər. Dilqəm və Şahbaz ermənilər tərəfindən girov götürülüb, H.Həsənov isə qətlə yetirilib. Girovlar üzərində qondarma rejim tərəfindən məhkəmə qurulub. Oyuncaq məhkəmənin qəraraı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda həmvətənlərimizin girovluqdan azad edilməsi ilə bağlı proses Prezident İlham Əliyevin nəzarətindədir. Prezidentin tağşırığına uyğun olaraq Azərbaycan hökuməti adından 7 beynəlxalq təşkilata müraciət göndərilib. Bu istiqamətdə atılan ən vacib addımlardan biri də həmyerlilərimizin azad olunması üçün Avropa İnsan Hüquqları üzrə Məhkəməsinə müraciət olunmasıdır.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ