Məleykə Abbaszadə: "Tibb sahəsində oğlan qıtlığıdır"
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə: "Tibb sahəsində oğlan qıtlığıdır"

"Azərbaycanda ən yüksək nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edir. Amma 100-dən aşağı bal toplayanların da əksəriyyəti oğlanlardır. Oğlanlar ya oxuyur, ya da heç oxumur".


Publika.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qızlar isə orta statistik göstəricilərdə yaxşı nəticə göstərirlər:

"Biz hər il abituriyentlərin ali məktəbə qəbul prosesi ilə bağlı təhlillər aparırıq. Elə ali məktəblər var ki, onlar sırf qız məktəbləridir. Məsələn, Tibb Universitetinin tələbələrinin çoxu qızlardır deyə, bu sahədə ciddi problemlər özünü göstərir. Elə tibb ixtisasları var ki, orada mütləq oğlanlar təhsil almalıdır. Məsələn, travmatologiya ixtisasında təkcə bilik deyil, fiziki güc də tələb olunur. Bizdə oğlanların IV qrupu seçməyi o halda mümkün olur ki, 500 baldan yuxarı nəticə göstərilsin".

TQDK sədrinin sözlərinə görə, rezidenturaya qəbulda isə qızlar oğlanlara uduzur. Çünki bu, qızların elə yaş dövrünə təsadüf edir ki, onlar ya ana olur, ya da ana olmağa hazırlaşırlar. Bu səbəbdən rezidenturaya hazırlaşmaq onlar üçün çətin olur. Rezidenturaya qəbulda yüksək bal toplamaqda oğlanlar qızları üstələyir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm