Martda 9 gün iş olmayacaq
Bizi izləyin

Qırmızı.az

Martda 9 gün iş olmayacaq

Mart ayında 9 gün iş olmayacaq.

Publika.az xəbər verir ki, 8 MartBeynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günüdür.

Həmçinin Novruz bayramında bir həftə istirahət olacaq. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm