• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nazirin sərt tapşırığı və... - Həbslər var

Nazirin sərt tapşırığı və... - Həbslər var

Ötən il noyabrda keçirilən kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik R.Usubovun narkotik ticarətinə qarşı mübarizənin sərtləşdirilməsi barədə qəti tapşırığından sonra Azərbaycan polisi narko-əməliyyatları, demək olar ki, gündəlik iş prinsipinə çevirib.

Axar.az xəbər verir ki, ötən gün də ölkədə bu cür əməliyyatlar həyata keçirilib.

Gəncə polisi şəhər sakini, əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərovu yaxalayıb və ondan 2 kiloqram 700 qram marixuana götürüb.

Nəsimi polisi isə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Novruzovu saxlayıb və baxış zamanı onda 1,09 qram heroin aşkarlanıb. Nəsimi polisinin (22-ci bölmə) əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyatda isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əhmədovdan 1,775 qram tiryək götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ləman Şamxallıya, Hülya Əlizadəyə, Gülnarə Quliyevaya, Sitarə Əliyevaya, Vəsilə Lavkuyevaya, Jalə Mövlanovaya, Günay Mövsümavaya, Cavid Mahmudova, Vəfa Abdullayevaya, Abdulla Abdullayevə və Esmira Xəlilovaya məxsus pul, məişət əşyaları və sənədləri oğurlaması da müəyyən edilib. Yasamal polisi Bakı şəhər sakini Rakif Hüseynovdan 0,217 qram heroin götürüb. Bununla bərabər, onun Xannənə Ağayevaya, Sevda Məlikovaya, Nərgiz Mərdənovaya, Sura Lütvəliyevaya, Aygün Aslanovaya və Əfsanə Əliməmmədovaya məxsus pul, mobil telefon və sənədləri oğurlaması da üzə çıxıb.

Xatırladaq ki, nazir Ramil Usubovun narko-ticarətə qarşı mübarizə tədbirlərinin sərtləşdirilməsi barədə tapşırıq verərkən bildirmişdi ki, hansı səbəbdən olursa-olsun, narkotik ticarətinə şərait yaradan, göz yuman və ya bu haqda əməliyyat məlumatına reaksiya verməyən polis rəisləri və zabitləri sərt şəkildə cəzalandırılacaq. “Əzizlərimin canına and içirəm ki, belələrini bağışlamayacağam”, - deyə Usubov xəbərdarlıq etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR