Hərbçilərimiz erməni təyyarəsini belə vurdu - VİDEO
Bizi izləyin

Qırmızı.az

Hərbçilərimiz erməni təyyarəsini belə vurdu - VİDEO

Xəbər verdiyimiz kimi, təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısı alınıb.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, bu dəfə ermənilərin pilotsuz müşahidə aparatı təmas xəttində yerləşən Ağdam rayonu Alıbəyli kəndi ərazisində görünüb.

Azərbaycan ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri aşkarlanan pilotsuz uçuş aparatını vuraraq sıradan çıxarıblar. Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Əməkdaşımızın bildirdiyinə görə, kənd sakinləri erməni təyyarəsinin vurulması anını mobil telefon vasitəsi ilə görüntüləyiblər. Teleqraf.com həmin kadrları tədim edir.

Daşqın Abdullayev, Ağdam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm