Qənirə Paşayeva Qüdrət Həsənquliyevi təbrik etdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Qüdrət Həsənquliyevi təbrik etdi

Hörmətli Qüdrət Həsənquliyevi 50 yaşı yubileyi münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.


Qüdrət bəy xalqımızın sovet əsarətinə qarşı apardığı mübarizədə, millətimizin azadlığına qovuşması uğrunda apardığı mübarizədə yaxından iştirak edərək hər zaman Azərbaycan dövlətinə xidmət etmək yolunu tutaraq gənclərə yaxşı örnək olub. Beynəlxalq tədbirlərdə ölkəmizin maraqlarını qoruyaraq, hər zaman Qarabağ, Xocalı həqiqətlərinin yayılmasında fəal iştirak edib.

Qüdrət bəyi bir daha təbrik edərək bilirəm ki, onun ən böyük arzularından biri gələcək doğum gününü Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz torpaqlarımızda öz evlərinə dönəcək insanlarımızla birlikdə qeyd etməkdir. Qüdrət bəyə inşallah 51 yaşını Şuşada və işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda qeyd etməyi diləyirəm!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm