• USD 1,7352 0,00% EUR 1,8425 -0,53%
    • GBP 2,1552 -0,71% RUB 0,0297 -1,35%

Avropa Məhkəməsindən Azərbaycanla bağlı 11 qərar

Avropa Məhkəməsindən Azərbaycanla bağlı 11 qərar

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 11 qərar qəbul edib.

Bu barədə AİHM-ın “2014-cü il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.

İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 403 ərizə təqdim olunub. Onların 245-i qəbul olunmayıb, 11-i üzrə isə qərar çıxarılıb.

2014-cü ildə 117 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2011-ci ilin yanvarında qoşulub.
İlk iş 2006-cı ildə qəbul olunub. 31 dekabr 2014-cü il tarixinə olan məlumata görə, bütün dövrlər ərzində Azərbaycandan AİHM-ə 1,404 ərizə daxil olub.

Bu gün Strasburqda AİHM sədri Din Şpilman tərəfindən təqdim olunmuş 2014-cü ildə məhkəmə fəaliyyətinə dair hesabata əsasən, ötən ilin sonuna kimi ümumilikdə 69,900 iş məhkəmə baxışında olub ki, bu da 2013-cü ilin sonu ilə müqayisədə 30% azdır. 2014-cü ildə daha çox Ukrayna (19,5%), İtaliya (14,4%), Rusiya (14,3%) və Türkiyədən (13,6%) olan işlərə baxılıb.(azvision.az)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR