7 yaşlı İlhamənin köməyə ehtiyacı var
Bizi izləyin

Qırmızı.az

7 yaşlı İlhamənin köməyə ehtiyacı var

7 yaşlı İlhamə irsi qan xərçəngindən - beta talassemiyadan əziyyət çəkir. Körpəlikdən ayda 2-3 dəfə bədəninə vurulan qan və hər gecə inyeksiya yolu ilə, çox ağrılı proseslə bədəninə köçürülən disferal hesabına yaşayır.

Amma bu da çox davam edə bilməz, çünkü dalaq və qara ciyəri şişdiyi üçün təcili əməliyyat olunub, bu xəstəlikdən birdəfəlik canını qurtarmalıdır. Bu əməlyyat baha olduğundan ailənin maddi imkanı çatmır. Körpə İlhamə hər dəfə anasından “mən nə vaxt sağalacam?”- deyə soruşur... Naəlac ana göz yaşlarını gizlədərək ona əməliyyat olunub sağalacaqsan deyir, ümid, vəd verir...

“Mən Günay Əsgərova bir ana kimi sizlərin hər birinizi mənə kömək etməyə, səsimə səs verməyə, mənə dəstək olmağa, körpə balamı sağaltmaqda mənə yardım etməyə səsləyirəm. Birinci övladımı da qan xərçəngi əlimdən aldı, sizlərə yalvarıram, mənə kömək edin ki, İlhaməni yaşada bilim. O mənim bircə balamdır, həyatda son ümidimdir...

Xahiş edirəm sizdən, biganə qalmayın. Hətta edə biləcəyiniz ən kiçik yardım da İlhamənin sağalması üçün bir addımdır. Kömək edin ki, balaca İlhamə də əməliyyat olunsun, özündə güc tapıb həmyaşıdları ilə oynaya bilsin, üzü gülsün. Allah xatirinə kömək əlinizi uzadın...”

Nəhayət ki, illərlə donor gözlədikdən sonra bir ümid yeri, Almaniyada Tubingen Klinikasında əməliyyat olunmaq və sağalmaq şansı yaranıb. İlhaməni bu şansdan məhrum etməyin... Hər birinizin köməyinə ehtiyacımız var, çağırışımıza səs verin...

İlhamənin xilaskarı olun, sabahına ümid bəxş edin...

Əlaqə nömrəsi: 0559895474

Hesab: AZ97UBAZ10053562041010AZN002

Benefisiar Bank: Unibank CB, SWIFT adresi: UBAZAZ22 (Baku, AZ, Azerbaijan)

Benefisiar Bankın Hesab N-si: AZ46NABZ01350100000000015944

Vasiteçi Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 505754 VÖEN: 1300017201

Oxumağa davam et
Reklam
Reklam

Gündəm