Nazirlik: Xaricdən gələn həkimlər arasında qanunlarımızı pozanlar var
Bizi izləyin

Qırmızı.az

Nazirlik: Xaricdən gələn həkimlər arasında qanunlarımızı pozanlar var

“Ölkəyə gələn miqrantlara qarşı limitlər var və bu, Səhiyyə Nazirliyi ilə razılaşdırılıb. Bizim Dövlət Miqrasiya Xidməti ilə apardığımız danışıqlara görə, Səhiyyə Nazirliyinin təklifi ilə o limitlərdən də kənar mütəxəssislərin gəlməsi üçün şərait yaradılır”.

Publika.az-ın məlumatına görə, bu sözləri səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkəmizə xaricdən gələn həkimlərə qoyulan limitlə bağlı məsələyə münasibət bildirərkən deyib.

Ölkəyə gələn həkimlərin işinin keyfiyyətinə gəlincə isə, nazir müavini bu sahədə müəyyən boşluqların olduğunu bildirib.

“Bu məsələ Səhiyyə Nazirliyinin diqqətindədir. Gələn mütəxəssislər burada işləmək üçün ilk növbədə Səhiyyə Nazirliyindən şəhadətnamə almalıdırlar. Sonra isə Miqrasiya Xidmətindən iş icazəsi almalıdırlar. Söz yox ki, qanunları pozanlar da olur. Amma onlar da intizama cəlb olunurlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm