Azərbaycanlı xəstələri Türkiyəyə aparan səbəb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı xəstələri Türkiyəyə aparan səbəb

Türkiyədən Azərbaycana gələn həkimlər əsasən uroonkoloji, plastik cərrahiyyə sahəsində gəlirlər. Həmçinin Azərbaycandan da Türkiyəyə işləmək üçün gedən həkimlər var.

Publika.az-ın məlumatına görə, bu sözləri Türkiyənin səhiyyə nazirliyinin təmsilçisi Eyüp Gümüş jurnalistlərə açıqlamasında deyib.

E.Gümüş bildirib ki, iki ölkə arasındakı təhsil müqaviləsi əsasında Türkiyədə azərbaycanlı həkimlər var. Onlar Türkiyədə təhsil alıb, geri dönürlər.

Nazirlik rəsmisi azərbaycanlı xəstələrin Türkiyəyə hansı xəstəliklərlə əlaqədar üz tutmasına da aydınlıq gətirib:

“Keçən il iki ölkənin Səhiyyə Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, xərçəng xəstələri Türkiyədə müalicə alırlar. Həmçinin fərdi şəkildə gələnlər də olur. Gələnlərin sayı barədə dəqiq rəqəm deyə bilmərəm. Lakin əsas səbəb xərçəng xəstəliyi və ortopediya əməliyyatı ilə bağlı olur. Həmin əməliyyatların Azərbaycanda keçirilməsi üçün burada təhsil mərkəzləri yaratmağı planlaşdırırıq. İki ölkə arasında işbirliyi protokolunu yeniləyərək, Türkiyə-Azərbaycan səhiyyə xidmətini daha yaxşı səviyyəyə çatdırmağa çalışırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm