Nazir müavini dərmanların içlik vərəqələri ilə bağlı problemdən danışdı
Bizi izləyin

Qırmızı.az

Nazir müavini dərmanların içlik vərəqələri ilə bağlı problemdən danışdı

“Azərbaycanda dərmanların içlik vərəqələri yoxlanılır, çox az halda tələblər pozulur”.

Publika.az-ın məlumatına görə, bu sözləri səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib.

O, AMEA Dilçilik İnstitutu tərəfindən içlik vərəqələrində aşkarlanan pozuntular və buna qarşı atılacaq addımlar barədə də məlumat verib.

“Dilçilik İnstitutunun apardığı monitorinq və nəticələr barədə məlumatımız var. Həmin monitorinqin nəticələrini onlarla birlikdə müzakirə etdik. Lakin bu, çox dar sahədir. Terminologiya məsələsi olduğuna görə, dilçilər onu bilmir. Bu məsələyə öz mütəxəssislərimiz tərəfindən baxılır. Ona görə də, biz ortaq məxrəcə gəldik. Tərtib olunan içlik vərəqələri 99% bir-bir yoxlanılır. Bəzi hallarda yoxlamadan keçməyən içlik vərəqələri də dərman preparatlarının içində düşür. Buna qarşı da addımlar atılır. Yəqin ki, yaxın zamanda bu problem də həll olunacaq”.

Qeyd edək ki, Dilçilik İnstitutu içlik vərəqələrinin yoxlanmasına dilçilərin cəlb ediləcəyini bildirmişdilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm