İlham Mirzəyev dələduz olaraq qaldı
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyev dələduz olaraq qaldı

Ali Məhkəmədə həbsdə olan teleaparıcı İlham Mirzəyev məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, İlham Mirzəyevin vəkili Xanlar Bayramzadənin verdiyi kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, İlham Mirzəyevin vəkili Ali Məhkəməyə göndərdikləri şikayətində apelyasiya instansiyasında işin məhkəmə istintaqı ilə araşdırılmasını istəyib.

Qeyd edək ki, İlham Mirzəyevin vəkilləri bundan əvvəl keçirilən prosesdə şikayətlərinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatət veriblər. Lakin onların vəsatəti təmin edilməyib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İlham Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İlham Mirzəyev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm