Həsən Həsənovu öldürən ermənilərə qarşı cinayət işi açılıb
Bizi izləyin

Qırmızı.az

Həsən Həsənovu öldürən ermənilərə qarşı cinayət işi açılıb

Həsən Həsənovun ermənilər tərəfindən qətlə yetirilməsi araşdırılır.

Bu barədə Publika.az-a vəkil Anar Bağırov bildirib. Onun sözlərinə görə, artıq Həsən Həsənovun qətli ilə bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq gedir. Ekespertizanın ilkin rəyinə görə, Həsən Həsənov işgəncə verilərək qətlə yetirlib.

Qeyd edək ki, Həsən Həsənov ötən il iyulun 11-də işğal edilmiş Kəlbəcər rayonunda ermənilər tərəfindən öldürülüb.

Bəxtiyar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm