Oğrular ev sahibinə 2000 manat ziyan vurdu
Bizi izləyin

Qırmızı.az

Oğrular ev sahibinə 2000 manat ziyan vurdu

Hövsan qəsəbəsi, “Təzə zeytunluq” adlandırılan ərazidə oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, naməlum şəxslər bir neçə gün əvvəl qəsəbə sakini Mirzə Mirzəyevə məxsus evdən təmir üçün alınmış bir sıra avadanlıqları oğurlayıblar.

Mirzə Mirzəyev Publika.az-a açıqlamasında faktı təsdiqləyib. Hövsan sakini bildirib ki, həyətyanı sahədən evin təmiri üçün aldığı kabel xətləri, habelə digər əşyalar yoxa çıxıb.

Nəticədə, sakinə 1500-2000 manata yaxın zərər dəyib.

Babək

Oxumağa davam et
Reklam
Reklam

Gündəm