Hacı Nurana fəxri ad verildi (FOTO)
Bizi izləyin

Qırmızı.az

Hacı Nurana fəxri ad verildi (FOTO)

Uzun müddətdir Almaniyada xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış teleaparıcı Hacı Nuran Hüseynov fəlsəfə magistri fəxri adı ilə təltif edilib.

Publika.az xəbər verir ki, onu bu fəxri ada Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru Vaqif Bayramov layiq görüb.

Hacı Nuran belə bir dərəcəyə layiq görülməsini sevinclə qarşılayıb. O, öz sevincini və minnətdarlığını belə bildirib:

"Ad günümdə gözəl bir sürpriz. Bu gün, yanvarın 31-də mənə dünyanın qabaqcıl universitetlərindən biri olan Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Humanitar Elmlər Akademiyasının üzvü, professor, akademik Vaqif Bayramov tərəfindən fəlsəfə magistri fəxri adı təqdim edildi. Təşəkkür etməyə acizəm. Minnətdaram Vaqif müəllim. Təqdimatı məhz bu gün ad günümdə etdiyiniz ücün Sizə ürəkdən "Çox sağ olun" deyirəm!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm