Lənkəranda qəza: 1 ölü
Bizi izləyin

Qırmızı.az

Lənkəranda qəza: 1 ölü

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə yanvarın 31-də Lənkəran-Lerik şose yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İpək yolunun tikintisində çalışan ağırtonnajlı yük maşını hərəkətdə olarkən yolu keçmək istəyən Lerik rayon sakini, 18 yaşlı Şəbnəm Əlövsət qızı Əlinuru vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona təcili olaraq qan köçürülüb.

Zərərçəkmişin səhhətində heç bir irəliləyiş müşahidə olunmadığından o, Bakıya göndərilib. Şahidlərin sözlərinə görə, Şəbnəm Kərgəlanda yaşayan əmisinin evinə qonaq gəlibmiş. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm