Bərdədə iki maşın toqquşdu: 1 ölü, 2 yaralı
Bizi izləyin

Qırmızı.az

Bərdədə iki maşın toqquşdu: 1 ölü, 2 yaralı

Bərdə rayonunun Mehdili kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, rayonun Hacıbəyli kənd sakini, 44 yaşlı Azər Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı minik maşını, Bərdə rayon Şirvanlı kənd sakini Fəxri Əliyevin idarə etdiyi "Ford" markalı avtomobillə toqquşub.

Nəticədə A. Məmmədovun sərnişinləri 70 yaşlı Aslan Məmmədov, 13 yaşlı Fuad Məmmədov və Hicran Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Aslan Məmmədovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Bərdə Rayon polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm